İndoneziyanın Dənizçilik və Dəniz Məhsulları Nazirliyinin sözçüsü Lili Preqivati qeyri-qanuni ovla məşğul olan 125 balıqçı qayığının batırıldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu addıma səbəb ölkənin qeyri-qanuni balıq ovu ilə məşğul olanlara qarşı mübarizəsidir. 2014-cü ildə hakimiyyətə gələn prezident Joko Vidodo qeyri-qanuni balıqçılığın ölkə iqtisadiyyatına ciddi zərər vurduğunu açıqlamışdı.
Gəmilər dinamitlə partladılaraq batırılır. Müəyyənləşdirilən son qayıqlardan 86-sı Vyetnam, 20-si Malaziya, 14-ü Filippin, 5-i isə İndoneziya vətəndaşlarına məxsusdur.
Qeyd edək ki, son 4 ildə 488 balıqçı gəmisi batırılıb.
Gülşən