İndoneziyanın cənub- qərbində 7,9 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Sumatra adasında Padanq şəhərindən 800 km cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Ölkədə sunami təhlükəsi elan olunub.
ABŞ-ın Geoloji Xidməti zəlzələnin maqnitudasını əvvəlcə 8, 2, sonra 8, 1 daha sonra isə 7, 9 olaraq müəyyən edib.
Dağıntı və insan tələfatı haqda hələ ki, məlumat yoxdur.
Qaynar.info