İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq dağında vulkan püskürməsi baş verir.
Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, püskürmə nəticəsində yaranan kül kilometrlərlə məsafəyə yayılıb. Milli Təbii Fəlakətlərdən Mühafizə Agentliyi püskürmə nəticəsində ölən və ya yaralananın olmadığını bildirir. 4 əsrdən sonra 2010-cu ildə fəaliyyətə keçən vulkan 2, 2014-cü ildə 16, 2016-cı ildə isə 7 nəfərin ölümünə səbəb olmuşdu.
Təbii fəlakət Şimali Sumatrada nəqliyyata təsir göstərməyib.
Qeyd edək ki, Sinabunq ətrafında yaşayan 30 min insan son illərdə yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıb.
Avstraliyanın Darvin şəhərinin vulkan püskürməsi ilə əlaqədar fəaliyyət göstərən məsləhət mərkəzi havayollarına xəbərdarlıq edib.
Gülşən