İndoneziyanın Sukavesi adasında baş vermiş zəlzələ və tsunami nəticəsində 152 minədək insanın dağıntılar altında qaldığı ehtimal edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyini Məlumat və Media İdarəsinin rəhbəri Əhməd Ramazan açıqlama verib.
Onun sözlərinə görə, indiyədək dağıntılar altından 1558 meyit çıxarılıb. Fəlakət nəticəsində 65 minədək evin dağıldığı və ya zədələndiyi ehtimal edilir.