Dünən İndoneziya sahillərində bir gəmidə baş verən yanğın nəticəsində 10 nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sinxua Agentliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunur ki, xilasetmə tədbirləri çərçivəsində 126 nəfərin həyatını xilas etmək mümkün olub.
Yanğının hansə səbəbdən baş verdiyi hələlik bilinmir.