İndoneziyanın Cənubi Sulavesi əyalətində aramsız yağışlar səbəbindən yaranan güclü sel nəticəsində ölənlərin sayı 38-ə çatıb, 11 nəfər isə itgin düşüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, seldən 50 mindən çox insan təsirlənib, 9 məktəb, 13 məbəd və 4202 evə zərər dəyib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Camal