İndoneziyada 5,5 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya İqlim və Geofizika İdarəsi məlumat yayıb. Təkanlar Şimali Sulavesi əyalətinin Cənubi Bolaanq Monqondov bölgəsinin 105 kilometrliyində, yerin 29 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ qonşu əyalətlərdə də hiss olunub.
Təbiət hadisəsi nəticəsində ölən və ya yaralanan olmayıb, sunami xəbərdarlığı da edilməyib.
Qeyd edək ki, 2018-ci ilin 28 sentyabrda bu ərazidə 7,5 bal gücündə zəlzələ olmuş və 4340 nəfər həyatını itirmişdi.
Camal