Dünya 14:52 14.02.2024

İndoneziyada prezident seçkilərində Müdafiə naziri liderlik edir

İndoneziyada keçirilən prezident seçkilərində 59,8% səslə Müdafiə naziri Prabovo Subianto liderlik edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters Indikator sosioloji mərkəzinin hesablamalarına istinadən məlumat yayıb.

Onun rəqibləri Cakartanın keçmiş qubernatoru Anis Basvedan və Mərkəzi Yava vilayətinin keçmiş qubernatoru Qancar Pranovo müvafiq olaraq 23,5% və 16,7% səs toplayırlar.

"Cepat Kompas”ın hesablamalarına görə, 72 yaşlı Subianto 60%, Basvedan 21%, Pranovo isə 18% səs toplayır. 

Səslərin rəsmi hesablanması bir neçə həftə çəkə bilər. İlk turda qalib gəlmək üçün Prabovo Subianto ölkə üzrə səslərin 50%-dən çoxunu almalıdır. Əks halda, yayda keçiriləcək yeni səsvermə ilə iki lider namizəd növbəti tura keçəcək. İndoneziyanın hazırkı prezidenti Coko Vidododur, o, ikinci və son müddətini başa vurur.

Nizami Bağırov