İndoneziyada 17 apreldə keçirilən seçkilər 318 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, həmin şəxslər səslərin sayılması zamanı həddindən çox işlədikləri üçün həyatlarını itirib. 2232 nəfər seçki işçisinin isə vəziyyəti pisləşib və xəstəxanaya yatırılıb.
Qeyd edək ki, 260 milyon əhalisi olan İndoneziyada 193 milyon insan seçki hüququna sahibdir. Seçkidə 245 min namizəd mübarizə aparıb, 7 milyon insan seçki işçisi kimi qeydiyyatdan keçib. Nəticələr 22 mayda açıqlanacaq.
Gülşən