İndoneziyada 17 apreldə keçirilən parlament seçkilərində qurbanların sayı 500 nəfəri keçib.
Qaynarinfo xəbər verir ki, bu günə qədər seçki prosesində işləyən 514 nəfər yüksək iş saatı ilə əlaqədar yaranan yorğunluğa görə həyatını itirib. Təxminən 3700 nəfər halı pisləşdiyi üçün xəstəxanaya yatırılıb.
Ölənlərin böyük əksəriyyətinin yaşı 40-dan yuxarıdır. Onların ailələlərinə təzminat veriləcəyi bildirilir.
Gülşən