Ötən həftə İndoneziyanın Sulavesi adasında baş verən 7,5 bal gücündə zəlzələ və sunamidən sonra ölənlərin sayı artır.
Qaynarinfo xəbər verir ki, İndoneziya Təbii Fəlakət Agentliyinin məlumatına görə, 28 sentyabrda baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb, 2600 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 67 min ev və 3 minə yaxın məktəb zərər görüb, 63 min nəfər çadırlara yerləşdirilib.
Gülşən