İndoneziyanın Cava adasında yerləşən Merapi vulkanında partlayış olub.
Qanarinfo xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində külün 6 kilometr yüksəkliyə püskürməsi səbəbindən yerli vaxtla saat 09:25-də Solo şəhərindəki hava limanında uçuşlar təxirə salınıb.
Partlayışdan sonra ən yüksək səviyyədə xəbərdarlıq edilib və kül buludunun şimala doğru irəlilədiyi bildirilib. Ətrafda yaşayanlara vulkandan 3 kilometr uzaqda dayanmaları və bölgəyə yaxınlaşmamaları bardə xəbərdarlıq edilib.