İndoneziyanın paytaxtı Cakartada 4 mərtəbəli yaşayış binası uçub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.
Binanın aşağısında market olduğundan çox sayda insanın dağıntılar altında qaldığı ehtimal edilir.
Qəzanın hansı səbəbdən baş verdiyi hləlik açıqlanmayıb. Xilasetmə işləri aparılır.