Xəbər lenti

İndoneziyada zəlzələ və sunami fəlakəti: 384 ölü, 540 yaralı var (YENİLƏNİB)
Dünya07:53 29.09.2018

İndoneziyada zəlzələ və sunami fəlakəti: 384 ölü, 540 yaralı var (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son məlumata görə, zəlzələ qurbanlarının sayı 384 nəfərə çatıb, 540 nəfər isə yaralı qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, təbii fəlakət qurbanlarının sayının artması istisna edilmir.
09:28 
Ötən gün İndoneziyanın Palu şəhəri, Sulavesi adası sahillərində baş verən 7,5 bal gücündə zəlzələdən sonra ölü sayı artmağa davam edir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, güclü təkandan sonra Sulavesi adasında hündürlüyü 2 metrə çatan sunami qeydə alınıb. 50 nəfərin öldüyü artıq təsdiqlənib, yaralıların olduğu bildirilir. Təbii fəlakət qurbanlarının sayının artması ehtimal edilir. 
300 min nəfərin yaşadığı Paluda xilasetmə tədbirləri start götürüb, lakin rəsmilər əlaqə vasitələrinin kəsildiyini, əməliyyatın çətinliklə aparıldığını açıqlayıb. 
Qeyd edək ki, ötən gün İndoneziyada bir neçə güclü təkan müşahidə edilmişdi.
Gülşən