Xəbər lenti

İnəklə helikopter toqquşdu - Avstraliyada
Dünya19:27 21.09.2016

İnəklə helikopter toqquşdu - Avstraliyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstraliyanın Kvinslend ştatında inəklə toqquşan helikopter qəzaya uğrayıb. 
Bu barədə “Brisbane Times” məlumat yayıb. 

Alçaqdan uçan “Robinson R22” helikopterinin təkəri heyvanın buynuzuna ilişib. Nəticədə pilot idarəetməni itirib. 

Helikopter sərt şəkildə eniş edib və alışıb. Hadisə yerinə gələn yanğınsöndürənlər onu söndürüblər, amma helikopter sıradan çıxıb. 

Nəşrin məlumatına görə, pilot və helikopterin təkərinə buynuzu ilişən inək zərər çəkməyib.

İkinəfərlik yüngül helikopterlər Avstraliyada sürüyə nəzarət üçün istifadə edilir. Alçaqdan və asta uçaraq bir-birindən uzaq məsafədə otlayan heyvanları tövləyə yığmaq üçün istifadə edilir. İl boyu ölkədə onlarla “uçan çoban” qəzaya uğrayır.(oxu.az)

Qaynarinfo.Az