Xəbər lenti

İnəklə öküzə toy etdilər - VIDEO
Dünya07:06 18.04.2014

İnəklə öküzə toy etdilər - VIDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanda İnəklə öküzü evləndirdilər. Anspress-in məlumatına görə, toya 17 min ABŞ dolları xərcləni.

İndaur şəhərinin əhalisi Qanqa adlı inəyə və Prakaş adlı öküzə toy edib. Toy mərasiminin təşkilinə 5 mindən çox yerli fermer qoşulub. Onlar hesab edir ki, Hindistanda müqəddəs hesab etdikləri bu heyvanların nikahı onları məhsul qıtlığından xilas edəcək. Bu barədə “Mirror” qəzeti yazıb.

İnəklə öküzün toyu hindistanlılara 1 milyon rupiyə başa gəlib. Qanqanın sahibi Qopal Patvari bildirib ki, bu bayram torpağı təbiət hadisələrindən xilas edəcək. Toya hazırlıq 2 ay çəkib. Təntənəli mərasimə qonşu kəndlərdən minlərlə insan axışıb. Nəticədə, gəlin-inək qonaqların qarşısına güllü paltarda çıxıb və onun boynunda bahalı çələnglər olub. İnəyin əri öküz Prakaş da inəkdən geri qalmayıb. Onun başında narıncı rəngdə örtük olub.

Bütün vacib ayinlərdən sonra mərasim diskoteka ilə davam edib. Toyu dicey idrə edib.

Qaynar.info