Rusiyada fermerlər südün miqdarını və keyfiyyətini artırmaq üçün maraqlı bir üsul hazırlayıb.
Qaynarinfo xəbər verir ki, onlar inəklərə virtual reallıq eynəkləri taxıb. Bundan sonra həm südün miqdarı, həm də keyfiyyəti artıb.
İnəklərə özlərini yay günü ucsuz-bucaqsız bir otluqda olduğunu hiss etdirən virtual reallıq eynəkləri ilə onların emosional durumunun yaxşılaşdığı ortaya çıxıb.
Testlər nəticəsində bu virtual reallıq eynəklərində əks olunan görüntülərin heyvanların narahatlığını azaltdığı və bu təsirlərin sürüyə də müsbət təsir etdiyi məlum olub.