Xəbər lenti

İnfantinonun UEFA-nın büdcəsindən məşuqəsinə sponsorluq edib?
İdman 13:57 08.08.2026

İnfantinonun UEFA-nın büdcəsindən məşuqəsinə sponsorluq edib?

Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti qurumun prezidenti Canni İnfantinonu müdafiəsinə qalxıb və "The Telegraph" qəzetində yayılan iddiaları təkzib edib. 

Qaynarinfo xəbər verir ki, nəşr isveçrəli funksionerin UEFA-da çalışdığı dövrdə Avropa futbolunun büdcəsindən onun sevgilisinə sponsorluq edildiyini iddia edib.

"FİFA-nın nizamnaməsinin və ya qaydalarının pozulması ilə bağlı istənilən ehtimal böhtan xarakterlidir. İşdən çıxarılma və müavinətlərin ödənilməsi də daxil olmaqla, bütün kadr qərarları qaydalara uyğun olaraq səlahiyyətli rəhbərlər tərəfindən təsdiqlənib", deyə FİFA-nın açıqlamasında bildirilib.

Qeyd edək ki, "The Telegraph" qəzeti Canni İnfantino ilə bağlı araşdırma dərc edib. Qəzetin mənbəsinə görə, o, UEFA-nın baş katibi vəzifəsində çalışdığı dövrdə təşkilat öz büdcəsindən onunla işlədiyi iddia olunuan məşuqəsinə kompensasiya ödəyib. Bu məbləğ 0,1 milyon avronu keçib. İnfantino təşkilatdan ayrıldıqdan sonra UEFA qadının bir biznes məktəbində 45.000 funt-sterlinqlik təhsil haqqını ödəyib.

İnfantino 2016-cı ilin fevralından FİFA-ya rəhbərlik edir. O, korrupsiya qalmaqallarına görə istefa verən Yozef Blatteri əvəz edib. FİFA-nın növbəti prezident seçkisinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır.

İyulun 28-də İnfantinonun dünya çempionatlarının təşkilini idarə edəcək ayrıca şirkət yaratmaq və onun səhmlərinin təxminən 20-30 faizini investorlara satmaq imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılıb. Lakin bu təşəbbüs narazılığa səbəb olub. Rusiya da daxil olmaqla, UEFA-nın bütün üzv ölkələri layihənin qəbul ediləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdilliklə qərar veriblər. Daha sonra Asiya Futbol Konfederasiyası və KONKAKAF da bu qərara qoşulub. Bundan sonra FİFA sözügedən layihədən imtina edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->