"Vaksin olunub-olunmamağından asılı olmayaraq, insanlar gün ərzində 3-4 dəfə normal qidalanmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında həkim infeksionist Namiq Nəbiyev bəzi həkimlərin vətəndaşlara peyvənddən sonra ən azı bir ay müddətində dieta saxlamağı qadağan etməsinə aydınlıq gətirərkən deyib.
Həkimin fikrincə, virusdan qorunmaq üçün ilk növbədə insanın immun sistemi yüksək olmalıdır:
"Həmişə çıxışlarımda demişəm ki, insanlar gün ərzində vitaminli qidalar yeyib, təmiz havada gəzib və normal maye qəbul etməlidirlər. Orqanizm bir havaya öyrəşir. Bizim bir bədbəxt nöqtəmiz var. İnsanlar gün ərzində heç nə yemir, təsadüfən bir məclisdə, yaxud da evində şişənə kimi yeyir, sonra nəfəs ala bilmirlər. Acgözlük burdan yaranır. Günü 4 yerə bölsək, 6 saatdan bir qidalansaq, 80 deyil, 100 il ömrümüz olar”.
Namiq Nəbiyevin fikrincə, gün ərzində bir çörəyi yemək şərt deyil:
"Bu, acgözlükdən əmələ gəlir. İnsanlar gündəlik qida rejimində göyərti məhsullarına üstünlük verməlidir. Bu insan ömrünü uzadan qidalardır, mədə-bağırsaq normal işləyir. Yeməyi qaydasında yemək özü də bir mədəniyyətdir”.
Bahar Rüstəmli