Xəbər lenti

İngilis nazir Kremlin danışıqlarla bağlı fikrində haqlıdırmı? (RƏY)
Dünya12:19 19.03.2022

İngilis nazir Kremlin danışıqlarla bağlı fikrində haqlıdırmı? (RƏY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanı Ukrayna ilə sülh danışıqlarından qüvvələrini yenidən toplamaq üçün fürsət kimi istifadə etməkdə ittiham edib.
Truss deyib ki, danışıqlar "tüstü pərdəsi”dir və o, Kremlin məqsədlərinə "şübhə ilə yanaşır”.
"Əgər bir ölkə danışıqlara ciddi yanaşırsa, bu gün dinc əhalini heç bir fərq qoymadan bombalamazdı. Bizim gördüyümüz rusların yenidən qruplaşması üçün məkan yaratmaq cəhdidir. Biz Rusiya qoşunlarının çıxarılmasıyla bağlı və ya masada hər hansı ciddi təklif olaraq heç nə görmürük", - nazir vurğulayıb.
Trussun sözlərinə görə, "Ruslar ancaq yalan, yalan və yalan danışır. Hesab edirəm ki, danışıqlar diqqəti yayındırmaq və tüstü pərdəsi yaratmaq üçün növbəti cəhddir".
Qeyd edək ki, Kiyevlə Moskva arasında ilk danışıqlardan sonra Rusiya tərəfi də Ukraynanı danışıqlardan hərbi qüvvələrinin yerdəyişməsi üçün istifadə etməkdə ittiham edib. 
Bu iki hal onu göstərir ki, birmənalı olaraq danışıqlarda yaranan fasilələrdən hər iki tərəf diqqəti yayındıraraq, öz hərbi qüvvələrini yenidən toparlanmaq, mövqelərini dəyişmək üçün istifadə edir. Belə vəziyyətin yaranması da gözlənilən idi. Əksər müharibələrdə müvəqqəti atəşkəsindən bir-birinə qarşı duran hərbi güclərin öz mövqelərini gücləndirmək üçün yararlanmağa çalışdıqlarının dəfələrlə şahidi olmuşuq. Bu mənada Rusiya-Ukrayna müharibəsi də istisna deyil. 
Başqa bir tərəfdən, Böyük Britaniya XİN rəhbərinin Moskvanın sülh danışıqlarından qüvvələrini yenidən toplamaq üçün fürsət kimi istifadə etməsi barədə açıqlaması ona dəlalət edir ki, Rusiya Kiyevlə təmaslarda hələ ki, sülhə nail olmaqdan uzaqdır və ordularının ağır durumda olmasına rəğmən, müharibənin davam etdirilməsində maraqlıdır. Danışıqlar gedə-gedə Ukraynadakı dinc əhalinin bombalanması da göstərir ki, Kreml danışıqlara ciddi yanaşmır, sadəcə yaranmış fasiləyə manevr etmək üçün əlverişli fürsət kimi baxır. 
Rüfət Sultan