İngiltərənin "Wiltshire" ərazisində polis əməkdaşı "Noviçok" maddəsi ilə zəhərlənib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, polis dərhal xəstəxanaya aparılıb və onun müalicəsinə başlanılıb.
Qeyd edək ki, sinir sisteminə ciddi zərər verən bu maddə ötən aylarda sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripalı zəhərləmiş, hadisə İngiltərə və Rusiya arasında böyük diplomatik böhrana səbəb olmuşdu. Ötən günlərdə isə ingilis cütlük "Noviçok"un təsirinə məruz qalmış, hadisə yenidən gündəmə gəlmişdi.
Gülşən