50Qlobal Anqlikan icmasının ana kilsəsi olan İngiltərə Kilsəsinin Sinodu ölkə qanunlarına uyğun olaraq eynicinsli cütlüklərə xeyir-dua vermək təklifinin lehinə səs verib.
Qaynarinfo xəbər verir ki, iki günlük müzakirədən sonra iştirakçıların əksəriyyəti - 42 yepiskopdan 36-sı, 199 ruhanidən 111-i və 200 dindarın 103-ü bu təklifə səs
verib.
Sinod həmçinin daha əvvəl LGBT icmasının nümayəndələrini dəstəkləmədiyinə və kilsədə yaşadıqları və yaşamağa davam etdiyi problemlərə görə kilsənin "təəssüf və tövbə”sinə səs verib.
Sinodun qərarı gözlənilməz olmadı. Yanvarın ortalarında yepiskoplar şurası eynicinsli nikahların kilsə tərəfindən tam tanınmasından yox deyib, eynicinsli cütlüklərin kilsədə evlənmək hüququnu rədd edərək, artıq dünyəvi nikah girmiş cütlüklərə kilsənin rəhbərinin razılığı ilə xeyir-duası variantını təklif edib. Beləliklə, indiki səsvermə yalnız İngiltərə Kilsəsinin yepiskoplarının qəbul etdiyi qərarın rəsmiləşdirilməsi və yekun təsdiqidir.
Nizami Bağırov