
İngiltərə parlamenti İraqda Səddam Hüseynin zamanında kürdlərə qarşı həyata keçirilən Enfal qətliamını soyqırım olaraq tanıyıb.
Qaynar.info-nun məlumatına görə, parlament tərəfindən qəbul olunan qərarda 1988-ci ildə Baas rejimi tərəfindən kürdlərə qarşı törədilən qətliamda 200 minə yaxın insanın öldürüldüyü və bunun bir soyqırım olduğu bildirilib.
Bundan əvvəl də İsveç və Norveç parlamenti İraqdakı qətliamı soyqırım kimi tanımışdı.
Qaynar.info