İngiltərə sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripala qarşı sui-qəsd cəhdində ittiham edilən 2 rusiyalının adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 2 martda Sergey və Yuliya Skripalı İngiltərənin Salzböri ərazisində "Noviçok" maddəsi ilə zəhərləmək üçün Londona gələn Aleksandr Petrov və Ruslan Boşirovun 4 martda hadisədən sonra ölkələrinə geri qayıtdığı bildirilir. Həmin şəxslərin qaldığı hoteldə də "Noviçok" izinə rast gəlindiyi iddia edilib. İngiltərə Rusiya qanunlarına görə bu ölkənin vətəndaşlarının təhvilini tələb edə bilməyəcək.
Qeyd edək ki, hadisə Rusiya ilə böyük diplomatik böhrana səbəb olmuşdu.
Gülşən