
İngiltərədə anomal istilər üzündən 760-dan çox adam həlak olub. ANS PRESS “The Independent”in bu günkü sayına istinadən bildirir ki, bu barədə London gigiyena və tropik tibb məktəbinin araşdırmasında qeyd olunub.
“The Times” istilərin daha 10 gün sürəcəyini və ölənlərin sayının daha da artacağını yazır. Ürəyi zəif və nəfəs yollarında xroniki xəstəliklər olanları daha çox təhlükə gözləyir. Risk qrupuna uşaqlar və yaşlı adamlar da daxildir.
Britaniyalıların evlərinə su verən şirkətlər istehlakçıları sudan qənaətlə istifadə etməyə çağırıblar. Bəzi yerlərdə kranlardakı suyun təzyiqi nəzərəçarpacaq dərəcədə azalıb.
Böyük Britaniyada anomal istilər bir həftədir davam edir və temperatur 30 dərəcədən yüksəkdir. Qeyd edək ki, 2003-cü ildə Avropada anomal istilər üzündə on minlərlə insan, o cümlədən Fransada 15 min adam həlak olmuşdu.
Qaynar.info