Xəbər lenti

İngiltərədə edam cəzası bərpa oluna bilər - İmmiqrant əleyhdarından referendum təklifi
Dünya06:33 02.11.2016

İngiltərədə edam cəzası bərpa oluna bilər - İmmiqrant əleyhdarından referendum təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyada edam cəzası bərpa oluna bilər.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, təklif İngiltərədə immiqrant əleyhdarı kimi tanınan Müstəqillik Partiyasının liderliyinə namizəd Paul Nuttalldan gəlib. O, ölkədə edam cəzasının yenidən qüvvəyə minməsinin və bu məsələnin tezliklə referenduma çıxarılmasının vacibliyini vurğulayıb. Uşaq qatillərinin və təcavüzkarlarının edam edilməsinin tərəfdarı olan Nuttal ingilis xalqının da bu mövzuda onu dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, İngiltərədə edam cəzası rəsmi olaraq 1998-ci ildən qadağan edilib.

Qaynarinfo.Az