Xəbər lenti

İngiltərədə istefa dalğası
Dünya11:56 20.02.2019

İngiltərədə istefa dalğası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyada millət vəkillərinin istefası davam edir.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, hakim Mühafizəkarlar Partiyasından olan 3 parlament üzvü - Anna Subri, Sara Vollaston və Haydi Allen istefasını təqdim edib. Millət vəkillərinin bu addımı "Brexit" prosesindəki fikir ayrılığı ilə əlaqələndirilir.
Qeyd edək ki, ötən günlərdə İşçi Partiyasının 7 üzvü rəhbər Ceremi Korbinin "Brexit" prosesindəki mövqeyinə, həmçinin anti-Semitizmə yol verdiyinə görə istefa vermişdi.
Bu gün Londonun Enfild bölgəsindən seçilən Coan Rayan İşçi Partiyasından istefa verən 8-ci parlament üzvü oldu.
Gülşən