Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Emma qasırğası səbəbilə əhali marketlərə axın edib. Çörək, tərəvəz, meyvə, süd, su qıtlığı yaranan İngiltərədə panika yaranıb. Mağaza rəfləri qısa müddətdə boşalıb. Ağ rəngə bürünən ölkədə sərt qışın iqtisadiyyata vurduğu zərər milyardlarla dollar dəyərindədir.
Bəzi yerlərdə bələdiyyə əhaliyə içməli su paylayıb.
Növbəti həftə ərzində havanın sabitləşəcəyi, temperaturun yüksələcəyi gözlənilir.