
Hücumçu Ueyn Runinin 45 milyon funt sterlinqi var
Futbol İngiltərənin “Mançester Yunayted” futbol klubunun oyunçusu Ueyn Runi Premyer Liqanın ən varlı futbolçusudur.
Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Böyük Britaniyanın “Wealth-X” agentliyi yayıb. Hücumçu Ueyn Runinin 45 milyon funt sterlinqi var. 2-ci və 3-cü yer yenə də “Mançester Yunayted”in futbolçuları – Rio Ferdinanda (37 milyon funt) və Frenk Lamparda (31 milyon funt) qismət olub. Sonuncu 10-cu yerdə isə “Mançester Sti”nin oyunçusu Ceyms Milner (13 milyon funt) qərarlaşıb.
Qaynar.info