
"İngiltərənin Yaxın Şərqin internetini nəzarətdə saxlamaq üçün baza yaratmaq istədiyi ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, kəşfiyyat bazası elektron poçt, telefon və internet trafikini izləmək, arxivləşdirmək və Qərb kəşfiyyatının xeyrinə istifadə etmək üçün qurulur.
Sözügedən plan Edvard Snoudenin yaydığı sənədlərdə üzə çıxıb.
İngiltərə planın ortaya çıxmasından sonra bazanın Qərbin terrora qarşı mübarizəsi zamanı istifadə ediləcəyini açıqlayıb.
Bazanın harada yerləşəcəyi hələ ki məlum deyil.
Qaynar.info