Xəbər lenti

İdman 14:14 06.04.2024

İngiltərənin Premyer Liqa klubu "Qarabağ"dan bu futbolçunu istəyir

Daha bir futbolçu mövsümün sonunda "Qarabağ"dan ayrıla bilər.

Qaynarinfo Offsideplus.az-a istinadən xəbər verir ki, söhbət Andrey Lunyovdan gedir. Rusiyalı qolkiperlə "Nyukasl" yaxından maraqlanır. Bu məlumatı Britaniya mətbuatı yayıb.

Qapıçı hələ mövsümün əvvəlində də Premyer Liqa təmsilçisinin gündəmində olub. Lakin həmin vaxt Lunyov ehtiyat qolkiper olmaq istəmədiyindən, təklifi rədd etmişdi. "Sağsağanlar” onun "Qarabağ”dakı çıxışını diqqət mərkəzində saxlayıb. "Nyukasl” rəhbərliyi yayda azad agent statusu daşıyacaq Lunyova yenidən təklif göndərməyi planlaşdırır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->