Çinin səfiri Du Veyin cəsədi İsraildə tapılıb.
Qaynarinfo "The Jerusalem Post"a istinadla xəbər verir ki, o, Herzliya şəhərindəki iqamətgahında tapılıb.
Diplomatın 57 yaşı olub. İndi yerli polis onun ölüm səbəbini müəyyənləşdirir.
Du Vey dünyada koronavirus pandemiyasının artdığı bir vaxtda, 2020-ci ilin fevralında səfir təyin edilib. Bundan əvvəl Çinin Ukraynadakı səfiri vəzifəsini icra edib.
Evlidir, bir oğlu var.
Alpər