Çinin Lifan avtomobillərinin Rusiyada satışı dayandırılıb. Çin "Automobiles” nəşrinin yazdığına görə, bunu şirkətin ilk üç aydakı nəticələri və yeni avtomobillərin satışı ilə bağlı təkliflərin olmaması sübut edir.
Eyni zamanda, Lifan-ın Rusiya bazarında bir vaxtlar tutduğu mövqeyi uzun və sistematik şəkildə itirdiyi göstərilir.
Qaynarinfo xəbər verir ki, bu markalı avtomobillərin satışı ilə məşğul olan iki diler də Autonews.ru-nun müxbirinəhazırda bu markalı avtomobilin olmadığını təsdiqləyib.
"Avtostat” analitik agentliyinin hesablamalarına görə, hazırda Rusiyada 154 min Lifan avtomobili var.
Bu arada, aprelin əvvəlində "Kommersant” qəzeti Rusiyada rublun devalvasiyası və tədarükün dayandırılması fonunda yeni avtomobillərin mart ayında orta hesabla 40% bahalaşdığını bildirib.
Bundan əvvəl yüzlərlə xarici firma, o cümlədən tanınmış dünya brendlərinin istehsalçıları Ukrayna və Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına reaksiya olaraq Rusiya bazarından müvəqqəti və ya tam "çıxdıqlarını” (istehsalın dayandırılması, Rusiya Federasiyasında investisiyaların və ya fəaliyyətlərin dayandırılması) elan etmişdilər.
Alpər