Çində dilənçilər ağılagəlməz bir yolla insanlardan pul toplayır. Qaynar.info xəbər verir ki, öncə dəvələrin ayaqlarını kəsən çinli dilənçilər onlardan dilənmək üçün yararlanırlar.
Onlar insanlara dəvələrin ayaqlarının müalicəsi üçün pula ehtiyaclarının olduğunu bildirir. Bunun üçün ayağı kəsilmiş dəvənin qarşısında diz üstə çökmüş dilənçilər pul toplamağa çalışır. Artıq Çin hüquq-mühafizə orqanları bunun qarşısını almaq üçün hərəkətə keçib.
Qaynar.info


