Çin məhkəməsi sabiq siyasətçi Sin Tsinxay barədə ömürlük həbs qərarı verib.
Qaynarinfo ABC News-a istinadən xəbər verir ki, Tsinxay vəzifədə olduğu 2002-2017-ci illər ərzində 26,7 milyon dollar miqdarında korrupsiya və rüşvətxorluqda ittiham edilir. 54 yaşlı Sinin bütün siyasi hüquqları, mülkü və pulu əlindən alınıb.
Törətdiyi qeyri-qanuni əməllərə görə peşman olduğunu dilə gətirən sabiq siyasətçi məhkəmə qərarı barədə apelyasiya şikayəti verməyəcək.
Qeyd edək ki, Sin Tsinxay Çonqçinq şəhərinin yüksək vəzifəli şəxslərindən biri idi. O, ötən ilin iyulunda vəzifəsindən kənarlaşdırılmışdı.
Gülşən