Sabiq Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin lideri Rodriqo Londono və digər idarəçilər məhkəmə qarşısına çıxacaq.
Qaynarinfo Business Insider-ə istinadən xəbər verir ki, Londono və digər şəxslər Sülh Məhkəməsində ifadə verəcək. Onlar yarım əsr davam etmiş vətəndaş müharibəsində baş verən hadisələrlə, 1993-2012-ci illərdə qaçırılmış 8100 nəfər barədə hesabatla çıxış edəcək. Məhkəmənin dünən keçirilən ilk mərhələsində "Timoşenko" ləqəbi ilə tanınan Londonodan başqa Karlos Antonio Lozada, Pablo Katatumbo da iştirak edib. Həbsdə olan Xesus Santrik isə video-konfransla məhkəmə prosesinə qatılıb. 31 komandir vəkilləri vasitəsilə məhkəmədə iştirak edib.
Prosesin sonunda zərərçəkənlərin ailələrinə kompensasiya verilməsi, qəsb edilən mülk və ərazilərin geri qaytarılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən il Kolumbiya İnqilabi Silahlı Qüvvələri ləğv edilib və 7 min əsgər tərxis edilib. Onlardan 4600 nəfərinin şahid ifadəsi Sülh Məhkəməsi tərəfindən qəbul edilib.
Gülşən