Xəbər lenti

İnsan ciyərində mikroplastiklər tapıldı - İlk dəfə
Sağlamlıq14:49 06.04.2022

İnsan ciyərində mikroplastiklər tapıldı - İlk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlk dəfə yaşayan insan ciyərinin dərinliyində mikroplastik çirklənmənin əlaməti müşahidə edilib. 
Qaynarinfo "The Guardian" qəzetinə istinadən xəbər verir ki, hissəciklər analiz edilən bütün nümunələrdə tapılıb.
Alimlər qeyd edir ki, mikroplastik çirklənmə indi planet boyu hər yerdə var. Mikroplastik çirklənmə qaçılmaz olaraq insaları öz təsirinə məruz qoyur və insan sağlamlığına zərəri ilə bağlı narahatçılıq getdikcə artır. 
Bu yaxınlarda əməliyyat olunan 13 xəstədən 11-nin ciyərində plastik bağlama və borularda istifadə edilən poriprolpilen və şüşələrdə olunan edilən polietilen kimi plastik hissəciklər tapılıb. 
Bundan əvvəlki iki araşdırmada da insan ciyərində böyük dərəcədə mikroplastiklər tapılmışdı. İnsanlar bu hissəcikləri nəfəs alan zaman, həmçinin qida qəbulu və su içərkən udurlar. 
Mart ayında mikroplastiklər ilk dəfə insan qanında da tapılmışdı. Bu isə onların insan orqanizmi boyu hərəkət etdiyini, orqanlara daxil olduğunu göstərir. Mikroplastiklərin laboratoriya şəraitində insan hüceyrələrini zədələdiyi məlumdur. Hava çirkləndirən hissəciklərin isə hər il milyonlarla insan ölümünə səbəb olur. 
Ətraf mühit olduqca böyük ölçüdə plastik tullantılarla zibillənir və mikroplastikltər Everest zirvəsindən tutmuş okean dərinliklərinə qədər bütün planeti çirkləndirməkdədir. 
Nurlan Hüseynov