Türk fotoqraf Abdula Aydəmir İstanbul küçələrində qarşılaşdığı uşaqların heyranedici şəkillərini çəkir. Onun portretləri hipnoz kimidir. Onlar ilk baxışdan adamı heyran qoyurlar. Modellərin bu qədər gənc olmasına baxmayaraq, eləcə o gözlərin dərinliklərində boğulmaq olar!
Qaynarinfo xəbər verir ki, Abdullah Aydəmir uzun illərdir İstanbulda yaşayır və işləyir. Bu istedadlı fotoqraf səhnələşdirilmiş kadrları sevmir. Fotoşəkillərinin əksəriyyətində təsadüfən yoldan keçən qeyri-adi görünüşlü adamlar yer alır.
Abdullah uşaqlara xüsusi diqqət yetirir. O, uşaqların gözlərinin ruhun əsl güzgüsü olduğuna inanır.