Xəbər lenti

İnsanı zombiyə çevirən narkotik maddə dünyaya yayılır (FOTO)
Dünya10:39 03.10.2017

İnsanı zombiyə çevirən narkotik maddə dünyaya yayılır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanları zombiyə çevirən narkotik maddə sürətlə yayılır. "Qaynarinfo" xəbər verir ki, son bir neçə ildir yayılmağa başlayan bu narkotik vasitə insanları zombiyə çevirir və bu təsirə "Flakka Effekti" deyilir.

Sintetik bir narkotik vasitədən istifadə edənlər yaşayan ölülərə çevirilir və ətrafdakılara hücum edir. Rusiya mənşəli olan, ancaq ilk dəfə ABŞ-da üzə çıxan narkotik vasitə "Zombi həbi" adlandırılır. 

Son olaraq Braziliyada bundan istifadə edən bir nəfərin zombi kimi hərəkət etdiyi və insan əti yeyən vəhşilər kimi davrandığı görünüb. 

Elmi adı "alpha-pyrrolidinopentiophenone" bu maddə kifayət qədər ucuz və sintetik narkotikdir. Ondan istifadə edənlərin əksəriyyəti ölür, ölməyənlər isə qalıcı olaraq cümlənin və düşüncənin sonunu gətirə bilməyən beyin zədələnməsinə məruz qalır.

Həddən artıq təsirli olan maddə insanları dəli edəcək qədər panikaya səbəb olur. İstifadə edənlərdən bəzilərinin tanımadıqları insanların üzlərini parçalayıb yedikləri deyilir.

Aydın

Qaynarinfo.Az