
Kərkükdə İraq ordusu və Peşmərgə qüvvələri arasında yaşanan qarşıdurma vaxtilə buraya köçürən kürdləri bölgəni tərk etməyə məcbur edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, insanlar əşyalarını götürüb Süleymaniyyə və Ərbil bölgələrinə hərəkət edirlər. Yayılan fotolarda minlərlə maşından ibarət tıxac görünür.
İraq ordusu 3 il sonra əməliyyatlara start verdiyi Kərkükdə Keyvan hərbi bazasını, bir çox rəsmi binanı, Kərkük Valiliyini, Təhlükəsizlik Binasında idarəetməni bərqərar edib. Strateji cəhətdən əhəmiyyətli Tuz Xurmatu bölgəsində isə İraq ordusu idarəçiliyi tamamilə təmin edib.
Qeyd edək ki, ərazidə İraq Kürd Bölgə İdarəsinin qeyri-qanuni müstəqillik referendumundan sonra vəziyyət gərginləşib. İraq ordusu Kərkükdəki neft quyuları, hərbi bazalarda idarəçiliyi təmin etmək üçün əməliyyatlara start verib.








Gülşən
Qaynarinfo.Az