Xəbər lenti

İnsanlar ömürboyu neçə dəfə aşiq olur? - Yeni tədiqat
Dünya 08:15 16.02.2026

İnsanlar ömürboyu neçə dəfə aşiq olur? - Yeni tədiqat

Müasir mədəniyyətdə hər kəsin bir "ikinci yarı" olduğu və həqiqi məhəbbətin həyatda yalnız bir dəfə baş verdiyi ideyası geniş yayılıb. Lakin vəzifə etibarilə hər şeyi şübhə altına almağa borclu olan alimlər romantik filmlər və romanlardakı bu təsəvvürün nə qədər həqiqətə uyğun olduğunu araşdırmaq qərarına gəliblər.

Qaynarinfo "DailyMail"ə istinadən xəbər verir ki, "Interpersona" jurnalında dərc olunmuş yeni araşdırma göstərir ki, əsl dünyada "ömürlük bir eşq" nadir hallarda rast gəlinir.

Tədqiqatın bir hissəsi olaraq, komanda 10.000-dən çox respondent arasında sorğu keçirib. Nəticələr aşağıdakı kimi olub:

* 14% iştirakçı heç vaxt aşiq olmadığını bildirib;
* 28% yalnız bir dəfə ehtiraslı məhəbbət yaşadıqlarını deyib;
* 30% iki dəfə aşiq olduqlarını etiraf edib;
* 17% üç dəfə aşiq olub;
* 11% dörd və ya daha çox dəfə aşiq olduğunu bildirib.

Alimlər respondentlərin yaşı ilə yaşadıqları romantik epizodların sayı arasında tamamilə məntiqi bir əlaqə olduğunu qeyd ediblər: insan yaşlandıqca ehtiraslı aşiq olma hallarının sayı artır.

Araşdırmaçılar bildirirlər: "İştirakçıların əksəriyyətinin ortalama olaraq iki dəfə ehtiraslı məhəbbət yaşamış olması göstərir ki, ehtiraslı aşiq olmaq geniş yayılmış bir hadisədir – yəni insanların əksəriyyəti ən azı bir dəfə bunu yaşayır – lakin fərdi baxımdan (ömürlük bir eşq) nadir hallarda baş verir".

Aydın

--> -->