Dünya qiymət artımı və təchizat problemləri səbəbiylə enerji qaynaqlarında ciddi bir qlobal böhranla üzləşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.
Nəşrin məqaləsində problemlərin fərqli ölkələri təhdid etdiyi qeyd edilir. Məsələn, İngiltərədə artıq yanacaq çatışmazlığı var. Sürücü çatışmazlığı səbəbindən oradakı mağazaların rəfləri boşdur.
Nəşr hesab edir ki, qarşıdakı qışda Şimal yarımkürəsindəki temperatur rejimi müxtəlif bazarlara təsir edəcək. Sinoptiklərin bədbin proqnozları gerçəkləşərsə, enerji qaynaqlarının olmaması genişmiqyaslı böhrana səbəb olacaq.
Xəyal Abdullayev