Xəbər lenti

İnsanlıq məhv olsa dünyada nələr baş verəcək? (SİYAHI)
Dünya10:49 18.10.2017

İnsanlıq məhv olsa dünyada nələr baş verəcək? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlər insansız dünyada hansı proseslərin gedə biləcəyini və planetimizin özünübərpa prosesinin nə qədər çəkəcəyini hesablayıblar.

"Qaynarinfo" xarici mediaya istinadən təbiətin, atmosferin və digər canlıların insanların verdiyi zərərdən xilasolma və bərpa müddətini təqdim edirik:

Dərhal: Nəsli tükənmək təhlükəsi ilə üz-üzə olan canlılar üçün bu problem həllini tapacaq.

24-48 saat: İşıq kirliliyi aradan qalxacaq.

3 ay: Hava kirliliyi (kükürd və azot oksidi) azalacaq.

10 il: Atmosferdəki metan qazı yox olacaq.

20 il: Bütün yollar otla örtüləcək və genetikası dəyişdirilmiş orqanizmlər yox olacaq.

50 il: Balıq ehtiyatları normallaşacaq və şirin sulardakı nitrat və fosfatlar yox olacaq.

50-100 il: Küçə və binalar bitkilərlə örtüləcək.

100 il: Binalar çürüməyə başlayacaq.

100-200 il: Metal və şüşə binalar çökəcək. Amerika taxıl əraziləri çəmənliyə çevriləcək.

250 il: Su anbarları yıxılacaq.

500 il: Mərcan qayalıqları yenilənəcək.

500-1000 il: Zibilliklərdəki orqanik qalıqlar çürümüş olacaq.

1000 il: Beton və daşdan ibarət binalar yoxa çıxacaq. Atmosferdəki karbondioksit səviyyəsi sənaye dövründən əvvəlki miqdarda olacaq.

50 min il: Plastik və şüşə qalıntıları məhv olacaq.

50 min ildən sonrakı mərhələ: İnsanların dünya üzərindəki varlığına sadəcə bəzi arxeoloji qalıntılar sübut olacaq. 

Lakin bəzi kimyəvi maddələrin məhv olması üçün 200 min il, nüvə qalıqlarının yox olması üçün isə 2 milyon ildən çox vaxt lazım gələcək.

Gülşən

Qaynarinfo.Az