Xəbər lenti

"Instagram"da canlı yayımlanan qətldən sonra Bosniyada etirazlar başladı
Dünya11:00 18.08.2023

"Instagram"da canlı yayımlanan qətldən sonra Bosniyada etirazlar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bosniya və Herseqovinanın şimalında yerləşən Qradaçak şəhərində bir gün əvvəl "Instagram"da canlı yayımlanan üçlü qətlin səbəb olduğu məişət zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Bu barədə Qaynarinfo N1 telekanalına istinadən xəbər verir.
Həmin gün Bosniya və Herseqovinanın daha bir neçə şəhərində vətəndaşların məişət zorakılığına qarşı etirazları keçirilib.
Sarayevo radiosunun məlumatına görə, aksiyalar Sarayevo, Zenitsa, Mostar və Bielina şəhərlərində keçirilib.
İnsanlar əllərində "Təcavüzkarları dayandırın!” sözləri yazılmış plakatlar tutub və səlahiyyətliləri məişət zorakılığına və sui-istifadəyə qarşı mübarizəni gücləndirməyə çağırıblar.
Qradaçak şəhərində rezonans doğuran qətl avqustun 12-də məlum olub. "Instagram"da qətli canlı yayımlayan şəxs keçmiş arvadını vuraraq öldürüb, ardınca daha iki nəfəri qətlə yetirib, sonra isə intihar edib.
Qətlin motivi hələlik dəqiq müəyyən edilməyib. Rəsmilər və Bosniya mediası bildirib ki, keçmiş arvad əvvəllər partnyorunun hədələri və təhqirləri barədə məlumat verib. Yerli media tərəfindən qatilin Qradaçak sakini və bodibilder Nermin Süleymanoviç olduğu müəyyən edilib, onun daha əvvəl məhkumluğu olub.
Rəsmilər qətli 12 minə yaxın insanın canlı izlədiyini və videonun 126 bəyənmə aldığını bildirib.
Nizami Bağırov