Xəbər lenti

“Instagram”da yeni funksiya gəlir (FOTOLAR)
Dünya18:02 24.06.2022

“Instagram”da yeni funksiya gəlir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Instagram” sosial şəbəkəsi yeni "Qeydlər” funksiyasını sınaqdan keçirir. Qeydlər 24 saat ərzində dərc oluna bilər, bundan sonra onlar "storis" kimi yox olacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna marketoloq Əhməd Qanemə istinadən məlumat verir.
Qeydlər 60 simvoldan ibarət kiçik stiker mesajlarına bənzəyəcək və birbaşa mesajların üstündə görünəcəklər. Onlar "yaxın" dostlar arasında və ya bütün izləyicilər arasında paylana bilər.
İstifadəçilərin yeni dost qeydləri ilə bağlı bildiriş almayacağı planlaşdırılır.
Yeni funksiya hazırda dünyanın bəzi ölkələrində test rejimində işləyir.
Nizami Bağırov