
Bir neçə aydır ki, Nyu-Yorkdan olan bir qrup fotoqraf “İnstagram” səhifələrindəki minlərlə insanı şəhərin hamı üçün əlçatmaz olan nöqtələrindən çəkdikləri fotolarla həyacanlandırmağa davam edirlər.
“TexnoBaz”-ın verdiyi xəbərə görə, bu bir neçə ay ərzində onlar artıq “New York Magazine” və “Business Insider” kimi qlobal nəşrlərin diqqətini cəlb etməyə nail olublar. Artıq media onları “qadağalı instagram-çılar” adlandırır.
Nyu-Yorkun ağlasığmaz yerlərindən fotolar çəkən bu fotoqrafların təxminən 10 nəfərdən ibarət olduğu təxmin edilir. Onlardan bəzilərinin yaşı hələ 18-ə çatmasa da artıq “İnstagram” ulduzu olmağı bacarmış və minlərlə abunəçi toplayıblar.
“Texnobaz” bu maraqlı fotolardan seçmələri oxucularına təqdim edir:
Qaynar.info



















