
Snapchat adlı sosial şəbəkə davamlı istifadə edtiyimiz Facebook, İnstagram, Twitter və Tumblr-u geridə buraxıb.
Qaynar.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, Snapchat messenceri daha çox gənclər arasında istifadə olunur.
"Piper Jaffray" şirkətinin apardığı araşdırmaların nəticəsində, sorğuya qatılmış 28 faiz yeniyetmə Spapchat-ı populyar şəbəkə hesab edib. Qeyd edək ki, bu sosial şəbəkə 2011-ci ildə istifadəyə verilib və hazırda 100 milyondan artıq istifadəçisi var.
Zümrüd
Qayanr.info




