Xəbər lenti

İnternat məktəbinin məzunları üçün aşpazlıq kursları təşkil edildi
Ölkə06:05 17.04.2017

İnternat məktəbinin məzunları üçün aşpazlıq kursları təşkil edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternat məktəbinin məzunları üçün aşpazlıq kursları təşkil edildi.

İnternat məktəbini bitirən məzunlar üçün aşpazlıq kursları təşkil ediləcək. Üç ay nəzərdə tutulan kursların əsas məqsədi  gənclərin bu peşəyə dərindən yiyələnməsi və gələcəkdə onların  cəmiyyətdə iş tapmasına, karyera quraraq, müstəqil həyatda özlərinə layiqli yer tutmasına dəstək olmaqdır.  

Aşpazlıq kursları  Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində reallaşdırılacaq. 

Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan  internat məktəbini bitirmiş 30 nəfər gənc qız və oğlan kurslara cəlb ediləcək.  Kursu uğurla bitirənlərə sertifikatlar  təqdim ediləcək. Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixoloji yardım da ediləcək. Layihənin sonunda bu gənclərin işlə təmin olunmasına da köməklik göstəriləcək. 

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri  Məlahət Abbasova bildirib ki, internat məzunları cəmiyyətin ən həssas qruplarına daxil olan insanlardandır və təəssüf ki, təcrübə göstərir ki, bu kateqoriyadan olan insanlar  arasında uğurlu həyat qura bilən olsa da,  cinayətkarlığın, insan alverinin qurbanına çevrilənlər də az deyil.  Odur ki, yeniyetmə və gənclərin  internet məktəblərini bitirdikdən sonra   həyatda müsqətil olaraq uğurla fəaliyyət göstərməsi üçün  ilk növbədə, bir peşəyə yiyələnməyə,  karyera qurmağa  ehtiyacları var.  

“Biz təşkilat nümayəndələri ilə bir neçə ay əvvəl  internat məktəbində  həmin gənclərlə görüşüb, söhbət etdik,  arzu və istəklərini öyrəndik.  Onların ən böyük qayğısı  heç bir peşənin sahibləri olmamaları, işsizlik idi.  Biz onlara öz təklif və tövsiyələrimizi bildirərkən onlar bizə hər hansısa kurslarda (xüsusən aşpazlıq, kompyuter, saç, makiyaj ustası, dərzilik kimi peşələr və s.) iştirak etmək istədiklərini bildirdilər.  Odur ki, əmək birjasını da gözdən keçirib, Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan, internat məktəbinin keçmiş məzunları üçün aşpazlıq kurslarını təşkil etməyi qərara aldıq. Ümid edirəm ki, bu kurslarda öyrəndikləri bilik və bacarıqlar onların həyatında müsbət mənada dönüş yaradacaq, gələcəkdə karyera qurmalarında, işlə təminatlarında da öz töhfəsini verəcək. Bu yeniyetmə və gənclərimiz bizim gələcəyimizdir, onların uğurları hamımızın  uğurudur. ”—deyə təşkilat rəhbəri Məlahət Abbasova əlavə edib.

Qeyd edək ki, layihə  2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edəcək.

Qaynar.Az