Xəbər lenti

İnternatda yanğın: 37 nəfərən xəbər yoxdur
Dünya05:01 13.09.2013

İnternatda yanğın: 37 nəfərən xəbər yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Novqorod vilayətinin Luka kəndində psixonevroloji internatda güclü yanğın olub, 37 nəfərin taleyi naməlumdur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya FHN-in İnformasiya İdarəsinin rəisi Oleq Voronov deyib. 

 “Dəqiqləşdirilmiş məlumata görə, internatda 60-dək insan olub, müəssisə administrasiyası tərəfindən onlardan 20 nəfərdən çoxunu təxliyə etmək mümkün olub. 37 nəfərlə bağlı məlumat yoxdur. Lakin bu o demək deyil ki, onlar ölüb”, deyə Voronov bildirib. “Ola bilsin ki, onlar özləri yanan binanı tərk edib”, deyə o əlavə edib.  

O qeyd edib ki, hadisə yerində yanğının söndürülməsi davam edir. “Yanğının söndürülməsinə 30 ədəd texnika və 150 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. Həmçinin FHN-in 3 helikopteri hazır vəziyyətə gətirilib”, deyə Oleq Voronov qeyd edib.

 Qeyd edək ki, yanğın yerli vaxtla 02.52-də baş verib. Yanğın 04.25-də 670 kv.m sahədə lokallaşdırılıb. Məlumata görə, hadisə nəticəsində müalicə korpusu tamamilə yanıb.

Qaynar.info