Xəbər lenti

İnternetdə təhlükəli boşluq
Dünya11:06 18.02.2016

İnternetdə təhlükəli boşluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mütəxəssislər bütün dünya üzrə yüz minlərlə elektron avadanlıq, xidmət və tətbiqlər üçün növbəti təhlükəli boşluq aşkar ediblər.

Kenneth White araşdırmaçısı internet xidməti göstərən çoxlu sayda  avadanlığın  haker hücumu təhlükəsi ilə üz-üzə qaldığını bildirib.

Red Hat-də xidməti mühəndislərlə çalışan Google  heyəti, çox istifadə edilən bəzi parollar vasitəsilə kompüter, internet yönləndiricisi və ya  bağlantılı hər hansı bir şəbəkə yaradan cihazların bu "zəif bənd"in köməyilə uzaqdan girməyə izn verəcək şəkildə istismar edilə biləcəyini vurğulayıb.

Qeyd edək ki,  2014-cü ildə də  buna oxşar bir təhlükəli boşluq müəyyən edilmişdi.

"Heartbleed Bug" adı verilən  və bu günə qədər  ən böyüyü qəbul edilən bu boşluq  Google, Gmail və Yahoo kimi bir sıra  internet şəbəkəsinə təsir edib.(faktxeber)

Qaynar.info